Bank Of Baku

Azərbaycan paytaxtında avtomobil yollarının təmiri və bərpası “Eurovision” mahnı müsabiqəsinə qədər tam başa çatdırılacaq

Azərbaycan paytaxtında avtomobil yollarının təmiri və bərpası “Eurovision” mahnı müsabiqəsinə qədər tam başa çatdırılacaq
# 16 aprel 2012 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Eurovision” mahnı müsabiqəsinə qədər Azərbaycan paytaxtının mərkəzində avtomobil yollarının təmiri və bərpası tam başa çatdırılacaq. “APA-Economics”in xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, Bakıda yolların təmir və bərpasını təkcə müsabiqə ilə bağlamaq düzgün olmazdı: “Bunlar bizim hər il keçirdiyimiz işlərdir. Bildiyiniz kimi, bu il qış çox sərt keçdi, bir çox yollar şəhər sakinlərini qane etmir. Bu səbəbdən hazırda təmir işləri aparılır. Bakının mərkəzində aparılan təmir işləri “Eurovision” müsabiqəsinə qədər tam başa çatdırılacaq”.

Nazir müavini qeyd edib ki, ümumiyyətlə, Bakıda sıradan çıxmış bütün yollar əsaslı təmir olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR