Azərbaycan Mülki Məcəlləyə torpaqların alınması üçün kompensasiyanın hesablanması üsulları ilə bağlı maddə əlavə edir
Dəyişikliyə əsasən, alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, bir sıra amillər nəzərə alınır. İddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlıq baş verdikdən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin. Həmçinin, ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya, torpağın (tikilinin) qanuna əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsi alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər də nəzərə alınmalıdır. Alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər də nəzərə alınmalıdır.
Yeni dəyişikliyə əsasən, alınan torpaq üçün veriləcək kompensasiyanın məbləği müəyyən edilərkən, bu amillər nəzərə alınmır: alınmaya səbəb olan təcililiyin dərəcəsi; alınmanın təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan boyun qaçırması; torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətin azalması; torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətin artması; alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri olan yenidən qurulmasına və kənd təsərrüfatı məqsədləri üçün torpaqda məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu halları istisna olmaqla, qanuna uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə bağlı xərclər.
Mülki Məcəlləyə kompensasiya ödəmə formaları ilə bağlı da müddəalar salınır. Bu sıraya itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi; itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili; kənd təsərrüfatı torpaqları itirildikdə, qanunda nəzərdə tutulan torpaq sahəsindən əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar; qanunda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar; torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi; yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər; itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat; yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi; alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları aiddir.
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
Ağdamda açıq ərazidə yanğın baş verib
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb