“Azərsu”da Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO
16 aprel 2012 14:45 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Azərsu”nun sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirakını xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib: “Xaçmaz, Qusar və Xızı şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender prosedurları yekunlaşıb və bu günlərdə sizin iştirakınızla təməlqoyma mərasimi keçiriləcək. Növbəti mərhələdə Yevlax, Bərdə, Naftalan və Qobustan şəhərlərində işlərə başlanacaq”.
Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktor müavini Akihiro Takaşima qeyd edib ki, təmsil etdiyi qurum bundan sonra da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə dəstək verəcək.
Görüşdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” barədə müzakirələr aparılıb.
Qeyd edək ki, layihə çərçivəsində 10 şəhər və rayon mərkəzinin (Şirvan, Salyan, Neftçala, Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə, Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.

İnfrastruktur
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024