Bank Of Baku

Azərbaycanda «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası»na start verilib

Azərbaycanda «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası»na start verilib
# 16 aprel 2012 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası»na start verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Olimpiadanın ilk mərhələsində ölkənin 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib. İlk mərhələnin nəticələrinə görə, Olimpiadanın ikinci (final) mərhələsinə respublikanın 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.

Bununla yanaşı, cari ildə olimpiadanın ilk mərhələsində regionlardan qoşulan komandaların aktivliyi nəzərə alınaraq, finala müsabiqədən kənar 9 komanda dəvət olunub.

Olimpiadanın final mərhələsinin aprelin 29-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi planlaşdırılır. Olimpiadada ilk 4 yerə layiq görülən komandalar “Azerfon” və “BestComp Group” şirkətlərinin təqdim etdiyi hədiyyələrlə mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR