Prezident: “Bakıda yeni neft-kimya, neftayırma və qaz emalı zavodlarının qurulmasına qoyulan investisiya 10 milyard manatdan artıq ola bilər”
Prezidentin sözlərinə görə, yeni texnoparkların yaradılmasına özəl sektorun dəstəyi ilə nail olunacaq.
Kənd təsərrüfatı sahəsində ciddi işlər görüldüyünü deyən ölkə başçısı bu sahənin inkişafı üçün müasir texnologiyaların tətbiqinin vacibliyini qeyd edib. Bu sahədə aqroservislərin qurulmasına xarici investorların da maraq göstərdiyini vurğulayan prezident bu sahəyə yerli investorların da cəlb edilməsinin lazımlığını qeyd etməklə, yeni aqroservislərin yaradılması ilə bağlı təkliflərin hazırlanması barədə tapşırıq verib.
“Subsidiyalarla, dövlət tərəfindən verilən güzəştlərlə bağlı yeni təkliflər verilməlidir. Birinci mərhələdə biz kənd təsərrüfatını, xüsusilə taxılçılığı stimullaşdırmaq üçün bu subsidiyaları ayırdıq. Həm yanacağa, həm gübrələrə, eyni zamanda, əkilən məhsullara hektarbaşı subsidiyalar pul şəklində verilir. Bu, çox müsbət təşəbbüs idi və işgüzarlığın artmasına böyük təkan verdi. Mənim təklifim ondan ibarətdir ki, biz bu subsidiyaları daha da təkmilləşdirək. Söhbət ondan getmir ki, bunu azaldaq, yaxud da ki, aradan götürək. Yox, əksinə, söhbət ondan gedir ki, bunlar daha da səmərəli şəkildə işləsin. Bəlkə buna daha da böyük məbləğ ayrılsın. Ancaq verilən subsidiyalara görə nəticə daha da təsirli olsun. İndi subsidiyaların həcmi verilən nəticə ilə uyğun gəlmir. Nəticə daha da çox və təsirli olmalıdır” deyən ölkə başçısı əlavə təkliflər hazırlanması barədə göstəriş verib.
Ərzaq təhlükəsizliyi məsələsinə toxunan ölkə başçısı burda ərzağın keyfiyyətini də nəzərdə tutulduğunu bildirib: “Son zamanlar bu sahədə ciddi dönüş yaradılıb. Əvvəlki dövrdə deyə bilərəm ki, bu sahə ümumiyyətlə diqqətdən kənarda qalmışdı və yoxlamaları aparan qurumlar əfsuslar olsun ki, vəzifə borclarını layiqincə yerinə yetirmirdilər. Onların yoxlamaları formal xarakter daşıyırdı. Yaxud da ki, gedib hansısa yoxlamanın aparılmasından sonra onlar qanunsuz tələblərdə də iştirak edirdilər. Beləliklə, həm yerli, həm xarici keyfiyyətsiz məhsullar bizim bazarımızı bürümüşdü”.
Prezident bu sahədə həm bazar, həm də idxala nəzarətin güclü olmasının vacibliyini qeyd edib.
Prezident deyib ki, insan sağlamlığına təhlükə olan keyfiyyətsiz ərzaqlardan danışarkən, televiziya kanallarındakı mətbəx proqramlarına toxunmaya bilmir: “Bizim televiziyaların, demək olar ki, hamısı indi mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim edirlər. Birincisi onu demək istəyirəm ki, bu da xaricdən gələn bir meyildir. O ölkələrdə ki, evlərdə yemək bişirilmir, onlar üçün bəlkə bu, daha da aktualdır. Azərbaycanda evlərdə bişirilən yemək, indi istənilən restorandan daha da yaxşıdır, ləzzətlidir. Amma bu, bir dəbdir, bizə də gəlib çatıb. Mən etiraz etmirəm, olsun. Ancaq bir şərtlə ki, orada göstərilən reseptlər və yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcək. Yəni, nə qədər gülməlidisə, bir o qədər də faciəvidir. Biz sağlam həyat tərzini təbliğ edirik, insanları pis vərdişlərdən çəkindiririk, idmanı təbliğ etdiyini, siqaret çəkənə müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə ki, çox məyusedicidir”.
Prezident özəl kanalların siyasətinə qarışmaq fikrində olmadığını deyib: “Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər”.
Bu il məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün Neft Fondundan 300 milyon manat vəsait ayrıldığını deyən prezident layihənin ilin sonuna qədər tam icra edilməsini tövsiyyə edib.
Bakının kənd və qəsəbələrinin inkişafı proqramının icrası ilə bağlı ayrıca toplantı keçiriləcəyini deyən ölkə başçısı proqramın 2013-cü ilin sonuna qədər icra edilməli olduğunu bildirib.
Enerji təhlükəsizliyi ilə bağlı məsələlərin Azərbaycanda uğurla həll edildiyini deyən ölkə başçısı bu məsələnin tərəfdaş ölkələrlə qarşılıqlı maraqlar və mənfəət əsasında həll ediləcəyini bildirib: “Bu gün Azərbaycan istər neft, istər qaz sahəsində çox önəmli, qlobal oyunçuya çevrilir, tərəfdaşlarımızın sayı artır. Əməkdaşlıq etdiyimiz ölkələrin sayı artmaqdadır”.
Prezident bildirib ki, enerji sahəsində fəaliyyət göstərən bütün qurumlar investisiyaları ilk növbədə Azərbaycana, daha sonra xarici bazarlara qoyulmalı olduğu bildirilib.
Dövlət başçısı qeyd edib ki, birinci rübdə Azərbaycan Dövlət Neft Şirkətinin layihələri olan Bakıda yeni neft-kimya, neftayırma və qaz emalı zavodlarının ilkin təqdimatı keçirilib: “Bu sahəyə qoyulan investisiya milyardlarla ölçülür. Bəlkə, 10 milyard manatdan da artıq ola bilər”.
Prezident yeni neftayırma zavodunun işə düşməsindən sonra uzun illər fəaliyyət göstərən iki neftayırma zavodunun fəaliyyətinin dayandırılacağını, yeni neft emalı zavodu tikiləcəyini, orda müasir ekoloji standartlara uyğun yanacaq istehsal ediləcəyini vurğulayıb: “İndiki zavodların əraziləri də abadlaşacaq. Çox güman ki, birinin ərazisi ümumi bulvarın genişlənməsinə veriləcək. Dənizkənarı zolağı biz Zığa qədər davam etdirmək fikrindəyik. O biri zavodun ərazisində də,- indi demək bəlkə də bir qədər tezdir,- hesab edirəm ki, yeni, gözəl parkın yaradılması yerinə düşər. Biz, ümumiyyətlə, şəhərdə yeni parkların, meşə zolaqlarının yaradılmasına nail oluruq, buna böyük ehtiyac var. Harada mümkündür park yaradılmalıdır”.
Prezident su və kanalizasiya layihələrinin icrasının bütün ölkə üzrə getdiyini və 2014-cü ildə başa çatdırılmasının vacibliyini qeyd edib. Şəhərlərin əkdəriyyətində kanalizasiya sistemi və su xəttinin, ümumiyyətlə, heç vaxt olmadığını deyən ölkə başçısı bu sistemlərin yaradıldığını bildirib. Onun sözlərinə görə, kəndlərdə də əhalinin təmiz su ilə təmin olunması üçün modul tipli sutəmizləyici qurğular quraşdırılmalıdır.
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
Ağdamda açıq ərazidə yanğın baş verib
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ