Bank Of Baku

Azərbaycan daşınmaz əmlakın elektron qeydiyyatına başlayır

Azərbaycan daşınmaz əmlakın elektron qeydiyyatına başlayır
# 17 aprel 2012 09:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yaxın günlərdə Azərbaycanda hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın qeydiyyatı və müvafiq arayışların alınması ilə bağlı elektron xidmətlərin göstərilməsinə başlanacaq. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib.

Komitədən bildirilib ki, artıq ƏMDK-də elektron xidmətlərin təşkili ilə bağlı müvafiq hazırlıq işləri aparılıb, müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi, tələblərin formalaşdırılması, proqram təminatının hazırlanması istiqamətində işlər yekunlaşdırılıb, Komitənin veb-saytında elektron xidmətlər bölməsi açılıb. «Artıq yaxın günlərdə bu bölmə vasitəsi ilə vətəndaşlara, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın qeydiyyatı və müvafiq arayışların alınması ilə bağlı elektron xidmətlərin göstərilməsinə başlanacaq», - deyə ƏMDK-dən bildirilib.

Komitədən qeyd ediblər ki, dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahələrində qanunçuluğun təmin olunması, şəffaflığın artırılması, korrupsiya hallarına yol verilməməsi xüsusi prioritet təşkil edir: «Qeydiyyatla bağlı proseduraların asanlaşdırılması, müraciətlərə vaxtında baxılması, şikayətlərin araşdırılması və həlli istiqamətində tədbirlər görülüb və bu işlər davam etdirilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR