Bank Of Baku

Avropada avtomobil satışı 14 illik minimuma enib

Avropada avtomobil satışı 14 illik minimuma enib
# 17 aprel 2012 13:48 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin mart ayında Avropada avtomobil satışı son 14 ildə ən aşağı səviyyəyə düşüb. “APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, buna səbəb “Fiat”, “Renault” və “Peugeot Citroen”in satış həcminin aşağı düşməsidir.

Martda Avropada avtomobil satışı illik müqayisədə 6,6% - 1,5 mln. ədədə qədər azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası bəyan edib ki, bu, 1998-ci ilin mart ayından bəri ən aşağı göstəricidir.

Hesabat dövründə Avropanın ikinci ən böyük avtomobil bazarı olan Fransada avtomobil satışı 23%, İtaliyada 27% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR