Bank Of Baku

Azərbaycanın nəqliyyat naziri: “Bakı-Quba yolunda uçqun baş verən ərazidə yeni körpü inşa olunacaq” - FOTO

Azərbaycanın nəqliyyat naziri: “Bakı-Quba yolunda uçqun baş verən ərazidə yeni körpü inşa olunacaq” - <font color=red>FOTO</font>
# 18 aprel 2012 10:17 (UTC +04:00)
APA-nın şimal bürosunun xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında qəzanın baş vermə səbəblərinin araşdırıldığını və bu barədə ictimaiyyətə məlumat veriləcəyini qeyd edib.

Hadisəni təbii fəlakət kimi qiymətləndirən Z.Məmmədov körpünün uçması zamanı xəsarət alan şəxsə maddi yardım ediləcəyini və ərazidə alternativ yolun çəkiləcəyini bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 156-cı km-də, Qaraçay üzərindəki körpünün bir hissəsi sel suları səbəbindən çöküb. Nəticədə “QAZel” markalı yük maşını çaya düşüb. “QAZel”in sürücüsü, Quba rayonunun İqriq kənd sakini, 1972-ci il təvəllüdlü Ülfət Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Körpü üzərindən nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR