Bank Of Baku

“Yahoo!”nun xalis mənfəəti bu ilin I rübündə 26% artıb

“Yahoo!”nun xalis mənfəəti bu ilin I rübündə 26% artıb
# 18 aprel 2012 10:41 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın nəhəng informasiya texnologiyaları şirkətlərindən olan “Yahoo!” korporasiyasının xalis mənfəəti bu ilin I rübündə 26% artaraq 286 mln. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı açıqlamada bildirilir ki, 2011-ci ilin I rübündə bu rəqəm 223 mln. dollar olub.

Hesabat dövründə şirkətin gəliri illik müqayisədə cəmi 0,1 mln. dollar artaraq 1,22 mln. dollara yüksəlib. Əməliyyat mənfəəti isə 11% azalaraq 169 mln. dollara enib.

Qeyd edək ki, 2011-ci ildə “Yahoo!”nun xalis mənfəəti 14,8% azalaraq 1,05 mlrd. dollar təşkil edib.

Əsası 1994-cü ildə qoyulan “Yahoo!” şirkətinin mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Sanniveyl şəhərində yerləşir. Populyar axtarış sisteminə malik şirkət internet-xidmətlərin geniş spektrini təqdim edir ki, bunları da 500 mln. nəfərdən artıq istifadəçi ziyarət edir. “Yahoo!”nun hazırda 13,7 min əməkdaşı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR