Bank Of Baku

Minskdə MDB-nin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunacaq

Minskdə MDB-nin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunacaq
# 18 aprel 2012 11:51 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Aprelin 19-da Minskdə MDB üzvü olan ölkələrin Nəqliyyat Koordinasiya Müşavirəsi yanında 5 sahə şurasının üçüncü sessiyası keçiriləcək.

APA-Economics”in xəbərinə görə, bu barədə Belarus Nəqliyyat və Kommunikasiyalar Nazirliyi açıqlama yayıb.

Sessiya çərçivəsində avtomobil, dəniz və çay nəqliyyatının, beynəlxalq nəqliyyat dəhlizlərinin, nəqliyyat kompleksinin kadr və elmi potensialının inkişafı, nəqliyyatda müasir informasiya və telekommunikasiya texnologiyalarının tətbiqi, nəqliyyatda təhlükəsizlik və s. məsələlər müzakirə olunacaq.

Tədbir çərçivəsində plenar iclas da keçiriləcək. Toplantıda Nəqliyyat Koordinasiya Müşavirəsinin üzvləri, nəqliyyat qurumlarının, elmi tədqiqat institutlarının və biznes strukturlarının nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR