Bank Of Baku

«Azəryolservis» ASC: Bakı-Rusiya sərhədi avtomagistralı üzərində körpünün uçmasının səbəbi ərazidəki karxanaların fəaliyyəti ilə bağlıdır

«Azəryolservis» ASC: Bakı-Rusiya sərhədi avtomagistralı üzərində körpünün uçmasının səbəbi ərazidəki karxanaların fəaliyyəti ilə bağlıdır
# 18 aprel 2012 13:51 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, 1972-ci ildə inşa olunmuş körpü 6 dayaqdan və 5 aşırımdan ibarət olub ki, sel dayağın 1-ni yuyub və nəticədə aşırımın ikisi çayın içinə düşüb. P.Mürsəliyev körpünün uçmasının səbəblərindən birinin onun ətrafında karxanaların fəaliyyət göstərilməsi olduğunu bildirib: «Burada fəaliyyət göstərən karxanalar çayın ətrafında olan materiallardan istifadə edib ki, nəticədə çay məcrasından 7-8 metr aşağı düşüb və körpünün dayaqlarının bünövrə yastıqları üzdə qalıb. Sel körpünün bir dayağını yuyub, iki aşırım qurğusu isə qırılaraq sökülüb».

P.Mürsəliyev onu da bildirib ki, hazırda hadisə yerində müvafiq texnika işləyir və körpünün qalan elementləri sındırılır: «Bu körpü tam olaraq söküləcək, əvəzində isə yaxın bir neçə ay ərzində müasir tipli yeni körpü inşa olunaraq istifadəyə veriləcək. Eyni zamanda, hazırda köhnə körpünün sol tərəfində hərəkəti bərpa etmək üçün alternativ yol çəkilir ki, bu yol yaxın 1-2 günə istifadəyə veriləcək».

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 156-cı km-də, Qaraçay üzərindəki körpünün bir hissəsi sel suları səbəbindən çöküb. Nəticədə «QAZel» markalı yük maşını çaya düşüb. «QAZel»in sürücüsü, Quba rayonunun İqriq kənd sakini, 1972-ci il təvəllüdlü Ülfət Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Körpü üzərindən nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR