Bank Of Baku

Azərbaycanda inşaat işlərinə I rübdə əsaslı kapital yatırımı 17% artıb

Azərbaycanda inşaat işlərinə I rübdə əsaslı kapital yatırımı 17% artıb
# 18 aprel 2012 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 099,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 16,5% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, vəsaitin 989,7 mln. manatı, yaxud 47,1%-i məhsul istehsalı obyektlərinin inşasında istifadə edilib. Tikinti quraşdırma işlərinin aparılmasına sərf olunmuş investisiyanın həcmi 4,2% artaraq 1 103,7 mln. manat təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 72,8%-i daxili investisiyanın, 27,2%-i xarici investisiyanın hesabına formalaşıb.

Qeyd edək ki, cari ilin əvvəlindən ümumi sahəsi 331 min kv. metr yaşayış evləri, 15 çarpayılıq xəstəxana, 140 yerlik klub, Gəncə şəhərində Alüminium Zavodu Kompleksi, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda soyuducu anbar və istixana kompleksləri, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolları tikilib başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR