Bank Of Baku

AZAL Türkiyə və Avropaya aviabiletlərə endirim kampaniyası keçirir

AZAL Türkiyə və Avropaya aviabiletlərə endirim kampaniyası keçirir
# 19 aprel 2012 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» (AZAL) və Türkiyənin «Pegasus Airlines» aviaşirkətləri Avropa və Türkiyəyə aviabiletlərə birgə endirim kampaniyası keçirir.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, endirim aksiyası Almaniya, İsveçrə, Niderland və İsveç kimi ölkələrin şəhərlərinə uçuşları əhatə edir. Belə ki, aviabiletlər Ştutqart və Kölnə 330 avrodan, Amsterdam, Stokholm, Bazel, Kopenhagen, Sürix, Münhen, Berlin və Düsseldorfa 340 avrodan, Türkiyənin 15 şəhərinə isə 290 avrodan başlayır.

Qeyd edək ki, qiymətlərə aeroport yığımları daxil deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR