Bank Of Baku

Azərbaycanda abituriyentlər TQDK-nın virtual ödəmə kartlarını SMS vasitəsilə alacaq

Azərbaycanda abituriyentlər TQDK-nın virtual ödəmə kartlarını SMS vasitəsilə alacaq
# 19 aprel 2012 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin dövlət imtahanı ərəfəsində əməkdaşlığa başlayıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Nar Mobile» abunəçiləri SMS vasitəsilə TQDK-nın xidmətlərindən faydalana biləcək.
Xidmətlərə sınaq və qəbul imtahanlarının nəticələrinin, bu imtahanlarında iştirak etmək üçün tələb olunan virtual ödəmə kartlarının SMS vasitəsilə əldə olunması aiddir. Abituriyentlər sınaq və ya qəbul imtahanlarında topladıqları bal barədə məlumatı əldə etmək üçün 6 rəqəmli iş nömrəsini 7727 qısa nömrəsinə göndərməlidir.
Bundan başqa, elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını əldə etmək üçün 7725 qısa nömrəsinə boş SMS göndərməli (2 AZN) və sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını əldə etmək üçün 7735 qısa nömrəsinə boş SMS göndərməlidir (3 AZN).
Qeyd edək ki, göndərilən SMS-lərin qiymətlərinə əlavə olaraq ƏDV (18%) tətbiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR