Bank Of Baku

Qusar və Xaçmazın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq - FOTOSESSİYA

Qusar və Xaçmazın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq - <font color=red>FOTOSESSİYA</font>
# 19 aprel 2012 15:19 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Qusar və Xaçmaz şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keçirilib.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, mərasimlərdə ASC-nin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti, rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.

Bu şəhərlərdə yenidənqurma işləri Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə uyğun aparılacaq. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tərkib hissəsi olan bu layihələr üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib.

Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ölkəsinin Azərbaycan hökuməti ilə əməkdaşlığını yüksək qiymətləndirərək, Azərbaycanda həyata keçirilən sosial və infrastruktur layihələrinə bundan sonra da dəstək verəcəklərini bildirib.

“Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Qusar şəhərində 19 618, Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Çartəpə, Orta Xuç, Aşağı Xuç, Xuray kəndlərində isə 11 835 nəfər olmaqla 31 453 insanın su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

Layihənin 1-ci mərhələsinə uyğun olaraq Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 85 litr və ya sutkada 7360 kubmetr olan drenaj tipli suqəbuledici qurğu (700 metr uzunluğunda) tikiləcək, 315 mm diametrli 17,8 km uzunluğunda magistral su xətti çəkiləcək. Hər birinin tutumu 1000 kubmetr olan 3 su anbarı inşa olunacaq, 2,8 km uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkiləcək, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikiləcək.

Layihənin növbəti mərhələsində 105 km uzunluğunda su şəbəkəsi yaradılacaq, 80 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, həcmi 1000 kubmetr olan su anbarı tikiləcək, 5 700-dən artıq abunəçi su sayğacı ilə təmin olunacaq.

Yaranan çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 40 min kubmetr olan çirkab sutəmizləyici qurğuya nəql edilərək burada emal olunacaq.

“Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Xaçmaz şəhərində 46 776, Qobuqırax, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xacmaz kəndlərində isə 10 863 nəfər olmaqla ümumilikdə 57 639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

Layihənin 1-ci mərhələsinə uyğun olaraq mövcud Uçqun bulağı bərpa olunacaq, bununla da bu mənbədən saniyədə 200 litr və ya sutkada 17300 kubmetr su götürmək mümkün olacaq. 400 mm diametrli 2 km uzunluğunda magistral su xətti çəkiləcək. Hər birinin tutumu 3000 kubmetr olan 2 və hər birinin tutumu 2000 kubmetr olan 2 su anbarı inşa olunacaq (ümumi həcm 10000 kubmetr), 1,5 km uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkiləcək, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikiləcək.

Layihənin növbəti mərhələsində 165 km uzunluğunda şəbəkə su xətti, 154 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 12 minə yaxın abunəçi su sayğacı ilə təmin olunacaq. Layihəyə uyğun olaraq Xaçmaz şəhərində 2 ədəd su, 4 ədəd kanalizasiya nasos stansiyasının tikintisi də planlaşdırılır.

Yaranan çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 40 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Quba, Qusar və Xaçmaz şəhərlərində yaranan çirkab suları emal üçün bu təmizləyici qurğuya nəql ediləcək.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” 10 şəhər və rayon mərkəzində (Salyan, Şirvan, Neftçala, Bərdə, Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və Qobustan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair Kredit Sazişi 29 may 2009-cu il tarixdə imzalanmış və sazişə əsasən Yaponiya tərəfi 10 şəhər və rayon mərkəzində görüləcək işlərə 32,8 mlrd. yen (təqribən 400 mln. dollar) kredit ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR