Bank Of Baku

“Microsoft”un xalis mənfəəti 17,5 mlrd. dollara çatıb

“Microsoft”un xalis mənfəəti 17,5 mlrd. dollara çatıb
# 20 aprel 2012 07:46 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın nəhəng proqram təminatçısı istehsalçısı olan “Microsoft Corp.” şirkətinin xalis mənfəəti 2011-2012-ci maliyyə ilinin 9 ayı ərzində (iyul 2011 - mart 2012) 1,!% artaraq 17,28 mlrd. dollardan 17,47 mlrd. dollara yüksəlib.

APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı maliyyə hesabatında bildirilir.

Hesabat dövründə gəlir illik müqayisədə 5,85% artaraq 52,58 mlrd. dollardan 55,66 mlrd. dollara, əməliyyat mənfəəti 2,76% artaraq 20,99 mlrd. dollardan 21,57 mlrd. dollara çatıb.

Qeyd edək ki, əsası 1975-ci ildə qoyulan “Microsoft Corp.” şirkəti proqram təminatı istehsalı, persona kompyuter və serverlər üçün internet texnologiyalarının işlənməsi üzrə ixtisaslaşıb. “Microsoft”un məhsulları, o cümlədən dünyada məşhur olan “Windows” əməliyyat sistemi dünyanın 80-dən artıq ölkəsində satılır, 45-dən artıq dilə tərcümə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR