Sankt-Peterburq-Bakı aviareysini yerinə yetirən təyyarə 15:20-də Azərbaycan paytaxtına çatacaq
20 aprel 2012 09:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Pulkovo Hava Yolları» aviaşirkətinin Sankt-Peterburq-Bakı aviareysini yerinə yetirən təyyarə saat 15:20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda enəcək. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
«Bakı vaxtı ilə bu gün saat 12:00-da Sankt-Peterburq-Bakı aviareysi üzrə Azərbaycan paytaxtına enməli təyyarə avialaynerin dəyişdirilməsi səbəbindən ləngiyib. Lakin artıq təyyarə havaya qalxıb və Bakı vaxtı ilə saat 15:20-də Azərbaycan paytaxtının aeroportuna enəcək», - deyə aeroportdan bildirilib.
Öz növbəsində «Pulkovo Hava Yolları»nın Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə bildirilib ki, bu marşrutla təyyarə qrafik üzrə havaya qalxmışdır, lakin daha sonra sərnişinlərin birinin özünü pis hiss etməsi səbəbindən yenidən Sankt-Peterburq aeroportuna qayıdıb və aviareysin ləngiməsi məhz bununla bağlı olub.
Qeyd edək ki, aviareys «Airbus-319» avialayneri ilə yerinə yetirilir.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024