Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması I rübdə 4% artıb

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması I rübdə 4% artıb
# 23 aprel 2012 06:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 47,8 mln. ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 4,3% çox yük daşınıb, qeyri-neft yüklərinin həcmi isə 9% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınmış yüklərin 48,8%-i avtonəqliyyat, 33%-i boru kəməri, 11,2%-i dəmir yolu, 7%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

«Qeyri-dövlət bölməsində yük daşınması 3,3% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 70,5% təşkil edib», - deyə Komitədən bildirilib.

Yanvar-mart aylarında nəqliyyatçılar 361,4 mln. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,6%-i avtomobil, 13,1%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR