Bank Of Baku

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin hesabat-seçki konfransı keçiriləcək

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin hesabat-seçki konfransı keçiriləcək
# 23 aprel 2012 08:30 (UTC +04:00)
Bakı - APA-Economics. Aprelin 25-də saat 11:00-da Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin XXII hesabat-seçki Konfransı keçiriləcək.

“Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə cerdiyi məlumata görə, konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Tədbirə 59 nümayəndə qatılacaq. Konfransda aşağıdakı məsələlər müzakirəyə çıxarılacaq: Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 2005-ci ilin oktyabr ayından 2012-ci ilin aprel ayına qədər olan dövr üçün hesabatı (məruzəçi MHİRK-in sədri Fəzail Bağırov); Azərbaycan Dəmiryolçularının MHİRK-in Təftiş-Nəzarət Komissiyasının hesabatı; Azərbaycan Dəmiryolçularının MHİRK-nə yerlərdən birbaşa seçilmiş Komitə üzvlərinin təsdiqi; Azərbaycan Dəmiryolçularının MHİRK-in rəhbər orqanlarının seçilməsi; MHİRK-in sədrinin və müavininin seçilməsi.

Konfransın işində Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Sergey Çernov, Gürcüstan Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Hamlet Lomidze, Türkiyə Həmkarlar İttifaqları Komitəsinin maliyyə katibi, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Ergün Alatay, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin baş katibi Hüseyin Kaya, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin katibi İsmail Baygın iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR