Bank Of Baku

Gələn ay Azərbaycanda «Renault»un yeni modelinin satışına başlanacaq

Gələn ay Azərbaycanda «Renault»un yeni modelinin satışına başlanacaq
# 23 aprel 2012 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. May ayında Azərbaycana «Renault» avtomobilinin yeni modeli gətiriləcək. Bu barədə «APA-Economics»ə «Renault»un Azərbaycanda rəsmi dileri olan «Nurgün Motors» şirkətindən bildirilib.

Şirkətdən verilən məlumata görə, ağır yol şəraiti üçün nəzərdə tutulmuş (SUV) yeni «Renault Duster» modeli artıq may ayında satışa çıxarılacaq. Modelin seriyalı istehsalı «Renault»un Rumıniyadakı müəssisəsində həyata keçirilir.

«Renault Duster»in kuzasının gücləndirilmiş aşağı hissəsi, hündür klirensi (200 mm-dən artıq) və böyük aşma bucağı (30° giriş bucağı - 35° enmə bucağı) yolsuzluq şəraitində hərəkət etmək üçün tam uyğunlaşdırılıb. Ümumiyyətlə, yeni model yüngül çəkisi (4x2 versiyada 1 180 kq, 4x4 versiyada – 1 280 kq), həmçinin yığcam ölçüsü və yüksək çevikliyi ilə seçilir.

Eyni zamanda, yaxın 1-2 ay ərzində Azərbaycana «Renault»un daha bir yeni SUV modeli gətiriləcək, bu da «Koleos» modeli olacaq.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycana «Renault Logan» və «Renault Sandero» modelləri gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR