Bank Of Baku

Gələn aydan Azərbaycan sərnişinləri Avropaya endirimli aviabiletlərlə uça biləcək

Gələn aydan Azərbaycan sərnişinləri Avropaya endirimli aviabiletlərlə uça biləcək
# 24 aprel 2012 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 10-dan etibarən sərnişinlər Azərbaycandan Almaniya, İsveçrə, Hollandiya və İsveç kimi ölkələrin müxtəlif şəhərlərinə endirimli aviabiletlərlə uça biləcəklər.

«SW Travel» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, endirim aksiyası Almaniya, İsveçrə, Niderland və İsveç kimi ölkələrin şəhərlərinə uçuşları əhatə edir. Belə ki, aviabiletlər Ştutqart və Kölnə 330 avrodan, Amsterdam, Stokholm, Bazel, Kopenhagen, Sürix, Münhen, Berlin və Düsseldorfa 340 avrodan, Türkiyənin 15 şəhərinə isə 290 avrodan başlayır: «Aviabiletləri aprelin sonlarından etibarən bütün akkreditə edilmiş turizm agentliklərindən əldə etmək olar».

Qeyd edək ki, qiymətlərə aeroport yığımları daxil deyil.

Xatırladaq ki, endirim aksiyası üzrə uçuşlar «Azərbaycan Hava Yolları» (AZAL) və Türkiyənin «Pegasus Airlines» aviaşirkətləri arasında əldə olunmuş razılıq əsasında yerinə yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR