Bank Of Baku

“Facebook”un xalis mənfəəti 12% azalıb

“Facebook”un xalis mənfəəti 12% azalıb
# 24 aprel 2012 07:21 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən nəhəng sosial şəbəkəsi olan “Facebook”un xalis mənfəəti bu ilin I rübündə 12% azalaraq 233 mln. dollardan 205 mln. dollara enib.

APA-Economics”in xəbərinə görə, bunun müqabilində şirkətin gəlirləri 45% artaraq 731 mln. dollardan 1,058 mln. dollara yüksəlib.

Mart ayında sosial şəbəkədə qeydiyyatdan keçənlərin sayı 901 mln. nəfərə çatıb ki, onlardan da 526 mln. nəfəri şəbəkədən hər gün istifadə edir. Bu isə ötən ilin müvafiq dövründən 41% çoxdur.

Bundan başqa, şirkətin daimi işçilərinin sayı da artaraq 3539 nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR