Bank Of Baku

Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 24 aprel 2012 09:01 (UTC +04:00)
ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə aprelin 24-də Nəsimi rayonunun S.Rəhimov küçəsində yeni çəkilmiş magistral xəttin (diametri 400 mm) şəbəkəyə qoşulması işləri aparılacaq.

Bununla əlaqədar aprelin 24-də axşam saatlarına qədər Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (S.Rəhimov, C.Hacıbəyli, Ə.Topçubaşov, R.Rza küçələrinə, Xətai prospektinə, həmçinin Dəmiryol vağzalı ətrafı əraziyə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR