Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Eurovision-2012» mahnı müsabiqəsinə hazırlıq tədbirlərini başa çatdırır
Eyni zamanda Tədbirlər Planının Nazirliyi aid bəndlərinin icrası məqsədilə aidiyyəti icraçılar müəyyən edilərək yerinə yetiriləcək tədbirlər ciddi nəzarətə götürülüb.
Ötən müddət ərzində görülən işlər nəticəsində müsabiqənin rəsmi internet saytı, həmçinin mühafizəsi məqsədilə alternativli ehtiyat nüsxələri yaradılıb və saytın mühafizəsi təşkil edilib. Müsabiqənin keçiriləcəyi «Baku Crystal Hall» kompleksinə 3 istiqamətli dayanıqlı optik rabitə təmin edilib, kompleksin daxilində, tədbiri işıqlandıracaq jurnalistlər üçün inşa edilən mətbuat mərkəzində və kompleksin ərazisində simli və simsiz genişzolaqlı internet şəbəkəsi və tələbata uyğun İSDN rabitəsi qurulub.
Müsabiqə ərəfəsində və müddətində ölkəyə minlərlə xarici ölkə nümayəndələrinin və turistlərin gələcəyi və bununla əlaqədar telefon danışıqlarının artacağı nəzərə alınaraq, mövcud istiqamətlərdə kanalların artırılması üçün tədbirlər görülüb, həmçinin beynəlxalq telefon danışıqlarını təmin edəcək alternativli rabitə yaradılıb.
Eyni zamanda kompleksin daxilində və ona yaxın ərazilərdə, həmçinin ətrafdakı binalarda yüksək və dayanıqlı mobil rabitə xidmətinin təmin edilməsi üçün quraşdırılacaq avadanlıqlar eyni vaxtda 30 mindən artıq abunəçiyə xidmət edə biləcək. Abunəçilərə 2G, 3G xidmətləri ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq kütləvi istifadə üçün LTE (4G) texnologiyasının da təklif edilməsi planlaşdırılır.
Bununla yanaşı, müsabiqə müddətində televiziya və radio yayımının qüsursuz və dayanıqlı olaraq təmin edilməsi məqsədilə tələb olunan avadanlıqların əsas hissəsi «Teleradio» İB tərəfindən alınaraq ölkəyə gətirilib və quraşdırılması təmin edilib. Yayımın Avropa Yayım Birliyinə (AYB) ötürülməsi üçün 4 istiqamətli alternativ rabitə təşkil edilib, həmçinin ölkə ərazisində yayımı üçün lazımi işlər görülüb.
Kompleksin həyətində tələb olunan peyk avadanlıqlarının quraşdırılması və işlərin tam olaraq başa çatdırılması kompleksdə aparılan ümumi tikinti işlərinin qrafikinə uyğun təmin ediləcəkdir. Eyni zamanda müsabiqə müddətində Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatda TV və radio yayımının təşkili üçün müvafiq hazırlıq işləri həyata keçirilib. Müsabiqə müddətində müxtəliftipli simsiz radiorabitə vasitələrindən dayanıqlı və kənar maneələrsiz istifadənin təmin edilməsi üçün müvafiq radiotezliklərin ayrılması təmin edilib.
Bütün bunlarla yanaşı, «Eurovision-2012» mahnı müsabiqəsi üçün xüsusi olaraq Azərbaycanın qədim tarixini, mədəniyyətini və müasir dövrünü əks etdirən poçt markaları dəsti və nəfis tərtibatlı 32 səhifəlik içlikli qutu kitabça hazırlanıb.
Xarici qonaqlara pulsuz dəstək göstərilməsi üçün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində Azərbaycan, rus, ingilis, alman və fransız dillərində sərbəst danışan məlumat mərkəzi yaradılıb, bu xidmət üçün «1656» və «1111» qısa nömrələri ayrılıb və hazırda həmin nömrələrə sabit və mobil operatorlardan yığım təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin müraciətinə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və aidiyyəti idarələrin mütəxəssisləri tərəfindən yaradılan qruplar Bakıda xidmət göstərən 74 ədəd mehmanxananın hər birinə ayrı-ayrılıqda baxış keçirib, internet xidmətinin keyfiyyəti yoxlanılıb və tədbir müddətində qonaqların sayı nəzərə alınaraq keyfiyyətli internet xidmətinin verilməsi üçün tələb olunacaq texniki parametrlər barədə Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib.
Həmçinin mehmanxanaların «online» sifariş edilməsi, kinoteatr və teatrlara biletlərin «online» satışı Mədəniyyət və Turizm Nazirliyi, taksilər üçün məlumat mərkəzinin təşkili Nəqliyyat Nazirliyi, müsabiqənin izlənməsi üçün iriölçülü elektron tabloların və müasir taksofon aparatlarının quraşdırılması işləri isə Bakı şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir.
Eyni zamanda Azərbaycanın zəruri məkan ünvanlarının GPS sistemi ilə asan tapıla bilməsi üçün proqram təminatı hazırlanıb və müsabiqənin rəsmi saytına yerləşdirilib.
Bununla yanaşı, müsabiqəyə hazırlıq məqsədilə AYB və Təşkilat Komitəsi tərəfindən rabitə təminatı ilə əlaqədar mütəmadi olaraq müəyyən işlərin görülməsi tələb olunur ki, bu müraciətlərə də operativ baxılaraq həll edilməsi üçün tədbirlər görülür.
Nazirliyin müvafiq qərarına əsasən, ölkə üçün çox əhəmiyyətli olan bu beynəlxalq müsabiqənin yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirin rabitə təminatının dayanıqlı və qüsursuz olması üçün bütün imkanlar səfərbər edilməli, özəl sektorun bütün operator və provayderlərinin birgə fəaliyyəti təmin olunmalıdır.
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
Ağdamda açıq ərazidə yanğın baş verib
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir
Lənkəranda Milli Mətbuat Günü qeyd olunub - FOTO
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi məzunlarının işə qəbul faizi 90%-ə yaxınlaşıb