Bank Of Baku

Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma I rübdə 20% azalıb

Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma I rübdə 20% azalıb
# 25 aprel 2012 12:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yük daşınması 2011-ci ilin analoji dövrünə nisbətən 7,1% artaraq 5,4 mln. ton olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə dəmir yolu nəqliyyatında yük dövriyyəsi ötən ilin yanvar-mart aylarına nisbətən 7,7% artaraq 1 956,9 mln. ton/km təşkil edib: «Orta hesabla sutkada 618 vaqon yüklənib, 504 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 26 min ton, Qərb istiqaməti üzrə 4,9 min ton və Cənub istiqaməti üzrə 2,9 min ton yüklənmə işi yerinə yetirilib».

Sözügedən nəqliyyat vasitəsi ilə sərnişin daşınmasına gəldikdə, hesabat dövründə dəmir yolu nəqliyyatından 758 min nəfər sərnişin yararlanıb ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 20,2% azdır: «Hesabat dövründə dəmir yolu nəqliyyatında sərnişin dövriyyəsi ötən ilin I rübü ilə müqayisədə 21,7% azalaraq 142,6 mln. sərnişin/km təşkil edib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR