Bank Of Baku

Nazir Əli Abbasov: “Eurovision” mahnı müsabiqəsi ərəfəsində “Azercell” şirkətinə 4G lisenziyası veriləcək”

Nazir Əli Abbasov: “Eurovision” mahnı müsabiqəsi ərəfəsində “Azercell” şirkətinə 4G lisenziyası veriləcək”
# 25 aprel 2012 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaxın vaxtlarda “Azercell” şirkətinə 4G xidmətlərinin göstərilməsi üçün lisenziya verəcək.

APA-Economics”in xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, “Azercell” artıq Bakı şəhərində 4G xidmətlərini göstərməyə hazırdır və nazirlik tərəfindən şirkətə lisenziya verilməsi prosesi başa çatmaq üzrədir: “Yəqin ki, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində “Azercell”ə 4G lisenziyası veriləcək”.

Nazir qeyd edib ki, 4G lisenziyası almaq üçün müraciət edən digər operatorlar da lisenziya almaq ərəfəsindədir: “Onlar da bu xidmətləri göstərmək üçün hazır olmalıdır”.

Qeyd edək ki, 4-cü nəsil (4G) texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır. İndiyədək 4G xidmətinin tətbiqi üzrə regionlarda sınaqlar keçirilib. “Azercell” Naxçıvan Dövlət Universiteti (NDU) ərazisində 4G sınaq şəbəkəsi yaradıb. “Azercell”ə mobil rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən universitetin tələbələri üçün innovativ layihənin köməyi ilə ümumi ərazisi 108 hektar olan NDU-da 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaq. Bu isə yüksək sürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərini sınaqdan keçirmək imkanı yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR