Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri: “Eurovision-2012” mahnı müsabiqəsi zamanı heç bir telekommunikasiya problemi olmayacaq”

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri: “Eurovision-2012” mahnı müsabiqəsi zamanı heç bir telekommunikasiya problemi olmayacaq”
# 25 aprel 2012 13:14 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində müsabiqə ilə bağlı daxili tədbirlər planı hazırlanıb: “Müsabiqə ilə əlaqədar nazirliyin üzərinə düşən işlər bu plan əsasında həyata keçirilir. Bu işlərin bir hissəsi yekunlaşdırılır, qalan işlər isə may ayının birinci həftəsi ərzində başa çatacaq”.

Qeyd edək ki, Tədbirlər Planına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları, telekommunikasiya operatorları və İT şirkətləri ilə birgə görüləcək ilkin işlər, o cümlədən «Eurovision-2012» mahnı müsabiqəsinin biletlərinin internet vasitəsilə «online» satışının təşkili, nəqliyyat xidmətləri ilə əlaqədar telefon dəstək mərkəzinin yaradılması, turistlərin yerləşdirilməsinin təşkili, ictimai-iaşə, ticarət və xidmət obyektlərinin, proqramların, suvenir və xatirə əşyalarının müsabiqəyə hazırlanması, xarici qonaqların məlumatlandırılması və məlumat mərkəzlərinin yaradılması, müsabiqə keçiriləcək yerin texniki hazırlığı, respublika telekommunikasiya şəbəkəsinin hazırlığının yüksəldilməsi, mobil operatorlar tərəfindən görüləcək işlər, müsabiqənin yayımının təşkili müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR