Bank Of Baku

ABŞ Azərbaycan Dövlət Gömrük Komitəsinə xüsusi avadanlıqlarla təchiz olunmuş iki avtomobil təqdim edib - FOTOSESSİYA

ABŞ Azərbaycan Dövlət Gömrük Komitəsinə xüsusi avadanlıqlarla təchiz olunmuş iki avtomobil təqdim edib - <font color=red>FOTOSESSİYA</font>
# 25 aprel 2012 13:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən DGK-nin sədri Aydın Əliyev bildirib ki, qiyməti 300 min dollardan çox olan avtomobillər Azərbaycana öz sərhəd təhlükəsizliyi tədbirlərini gücləndirməkdə yardım etmək məqsədi ilə ABŞ-ın İxracat Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyinə Yardım (EXBS) Proqramı tərəfindən təqdim edilib: «Ümumiyyətlə, bu proqram çərçivəsində DGK-yə 1,695 mln. ABŞ dolları həcmində test analizlərinin həyata keçirilməsi üçün avadanlıqlar və xüsusi təyinatlı avtomobillər verilib. Bu avtomobillər hazırda ABŞ-ın gömrük xidmətində istifadə olunan maşınlardır. Söhbət yalnız bu maşınların təchiz olunduğu alətlərdən getmir, bu maşınlarda hətta generator, ətrafı işıqlandırma sistemi də var. Bu avtomobillər bizim xidmətin mobil qrupları üçün gömrük məntəqəsindən keçən avtomobillərin gizlənc yerini tapmağa şərait yaradacaq. Eyni zamanda şəraitindən və saxlanılan şübhə doğuran avtonəqliyyat vasitəsindən asılı olmayaraq mobil qrupda təşkil oluna bilər».

Komitə sədri bildirib ki, bu avtomobillərdə quraşdırılmış xüsusi avadanlıqların idarə olunması üçün komitə işçiləri üçün xüsusi treninqə ehtiyac olmayıb: «Bizim əməkdaşlar bu cür avadanlıqların idarə olunması üzrə dəfələrlə ABŞ-da olublar, onların təcrübəsindən yararlanıblar. Avtomobildə olan xüsusi güzgü avadanlıqları Azərbaycan gömrük xidmətində istifadə olunur. O ki qaldı avtomobildə olan digər avadanlıqların idarə edilməsinə, bunun üçün xüsusi treninqlər tələb olunmur, bundan gömrük xidmətinin adi əməkdaşı da istifadə edə bilər».

Tədbirdə ABŞ səfirliyinin Azərbaycanda müvəqqəti işlər vəkili Adam Sterlinq DGK ilə EXBS arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib: «Birgə çalışaraq EXBS və Gömrük Komitəsi bu maşınlar vasitəsi ilə Azərbaycanı daha təhlükəsiz edə bilər. Bu, daşınan təftiş stansiyaları DGK-nin təftiş keçirmək imkanlarını artıracaq. Birgə əməkdaşlığa davam etməklə vətəndaşlarımıza daha təhlükəsiz sərhədlər təmin edə bilərik».

A.Sterlinq bildirib ki, 2000-ci ildən EXBS öz tərəfdaşlarına - DGK-yə və Dövlət Sərhəd Xidmətinə ümumilikdə 24,5 mln. ABŞ dolları həcmində təchizat avadanlıqları və təlim xidmətləri təqdim edib.

Daha sonra komitəyə təqdim olunmuş avtomobillərə baxış keçirilib.

Qeyd edək ki, EXBS üzv ölkələrə öz ixracatına nəzarət sistemlərini təkmilləşdirməyə və sərhəd müdafiəsini gücləndirməyə yardım etmək üçün ABŞ hökumətinin ilkin təşəbbüsüdür. EXBS proqramı ABŞ Dövlət Departamentinin kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması Bürosu, İxracata Nəzarət Əməkdaşlığı İdarəsi tərəfindən maliyyələşir və idarə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR