Bank Of Baku

Azərbaycan Sadıxlı gömrük-keçid məntəqəsinə beynəlxalq status almaq niyyətindədir

Azərbaycan Sadıxlı gömrük-keçid məntəqəsinə beynəlxalq status almaq niyyətindədir
# 25 aprel 2012 14:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Sadıxlı (Qazax) gömrük-keçid məntəqəsinə beynəlxalq status almaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu DGK-nin sədri Aydın Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, bu məsələ ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşlər olub və müəyyən məsələlər müzakirə edilib. Hazırda Gürcüstanla qərb istiqamətində beynəlxalq statusa malik iki keçid məntəqəsi var ki, bunlar Sınıq Körpü və dəmir yolunda Böyük Kəsik keçid məntəqəsidir. Yüklərin, o cümlədən tranzit daşımaların artmasını nəzərə alaraq, Sadıxlı adlandırılan keçid məntəqəsində müəyyən abadlaşdırma və təşkilatı işlər aparıldıqdan sonra həmin məntəqəyə beynəlxalq status verilməsi üçün komitə tərəfindən müəyyən işlərə başlanılacaq.

Komitə sədri bildirib ki, bu məntəqəyə beynəlxalq status verildikdən sonra yüklərin tez sərhəddən keçməsinə, həmçinin iki dövlət arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Sadıxlı keçid məntəqəsinə beynəlxalq statusun verilməsi üçün DGK tərəfindən hökumətə müvafiq təkliflər təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR