Bank Of Baku

Rusiyada taksi fəaliyyəti ilə bağlı yeni qanun qüvvəyə minib

Rusiyada taksi fəaliyyəti ilə bağlı yeni qanun qüvvəyə minib
# 25 aprel 2012 14:56 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya prezidenti Dmitri Medvedev taksi fəaliyyətinin yeni qaydalarını müəyyənləşdirən qanunu imzalayıb.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, qanun taksi sürücülərinə qarşı tələblərin yumşaldılmasını və taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin taksi fəaliyyəti ilə lisenziyasız məşğul olan şəxslərin cəzalandırılmasını nəzərdə tutan bəndinin fəaliyyəti 1 iyul 2012-ci ilədək dayandırılır. Avtomobilin xüsusi rənglə rənglənməsi və taksometrlə təmin olunması tələbi isə 1 yanvar 2013-cü ildən qüvvəyə minəcək.

Yeni qanuna əsasən, taksi xidmətləri və fərdi şəxslər təkcə öz avtomobilləri ilə deyil, lizinq və ya kirayə götürülmüş avtomobillərdə də taksi fəaliyyəti ilə məşğul ola bilərlər. lisenziyalar dövlət qurumlarının saytına taksi sürücülərinin elektron müraciəti əsasında 5 il müddətinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR