Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma 9% artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma 9% artıb
# 26 aprel 2012 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 8,5% artaraq 3,3 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 64,6%-ni neft yükləri, 35,4%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib: «Hesabat dövründə dəniz limanlarında 3,3 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və bu göstərici ötən ilin analoji dövrünə nisbətən 6,1% artıb».

İşlənmiş yüklərin 88,1%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 9,5% artıb, idxal yüklərin həcmi isə 4,3% azalıb: «Cari ilin aprelin 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 28,3 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45,9% çox idxal yüklərin qalığı olub».

Dəniz nəqliyyatı ilə sərnişindaşımalara gəldikdə isə, yanvar-mart aylarına bu nəqliyyat vasitəsilə 2,9 min və ya ötən ilin analoji dövrünə nisbətən 14,7% az sərnişin daşınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR