Bank Of Baku

Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
# 26 aprel 2012 16:48 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvalyo Moskovski ilə görüş keçirilib.
RİTN mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışan nazir Əli Abbasov bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda da qlobal, regional və ölkə əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirib.
Nazir Azərbaycan hökuməti tərəfindən irəli sürülən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, ölkəmizdə kosmik sənayenin inkişafı, ölkə başçısının sərəncamı ilə bu yaxınlarda yaradılması nəzərdə tutulan RİTN yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi, genişzolaqlı internet, mobil sektorun inkişafı ilə bağlı məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi zamanı bolqarıstanlı nazir ölkəsində rabitə və informasiya texnologiyaları sahəsində əldə edilmiş uğurlar, xüsusilə “Elektron hökumət” istiqamətində aparılan islahatlar barədə məlumat verib, cari ilin noyabrında Bakıda keçiriləcək “BakuTel 2012” beynəlxalq telekommunikasiya sərgisində Bolqarıstanın milli pavilyonla iştirak edəcəyini bildirib.
Daha sonra iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində “Hökumətlərarası Saziş” layihəsinin hazırlanması və sentyabr ayında komissiyanın növbəti iclasında müzakirəyə çıxarılması ilə bağlı razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR