Bank Of Baku

«StiroFert» şirkəti tikinti materialları üçün xammalı Azərbaycandan almaq istəyir

«StiroFert» şirkəti tikinti materialları üçün xammalı Azərbaycandan almaq istəyir
# 27 aprel 2012 07:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İspaniya və Serbiya birgə müəssisəsi olan «StiroFert» şirkəti tikinti materiallarının istehsalı üçün Azərbaycandan xammal almaq niyyətindədir.

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, hazırda «StiroFert» şirkəti Avropanın aparıcı tikinti materialları istehsalçılarından biridir: «Azərbaycanda xammal nisbətən ucuz olduğuna görə şirkət Azərbaycan bazarına maraq göstərir və «StiroFert» ölkəmizin şirkətləri ilə bu sahədə əməkdaşlıq etmək niyyətindədir».

Sözügedən təklifə marağı olan şirkətlər Azpromo-ya müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR