Bank Of Baku

Türkiyə və Azərbaycan elm, texnologiya və sənaye sahələrində əməkdaşlığı genişləndirir

Türkiyə və Azərbaycan elm, texnologiya və sənaye sahələrində əməkdaşlığı genişləndirir
# 27 aprel 2012 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkiyə və Azərbaycan elm, texnologiya və sənaye sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda rəsmi səfərdə olan Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergün bildirib.

Onun sözlərinə görə, Azərbaycana səfər çərçivəsində o, ilk öncə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları, İqtisadi İnkişaf, Sənaye və Energetika nazirliklərində görüşlər keçirəcək.

Türkiyə və Azərbaycanın illərdir «bir millət – iki dövlət» kimi tanınan iki qardaş ölkə olduğunu xatırladan N.Ergün qeyd edib ki, tərəflər arasında həm siyasi, həm də iqtisadi əlaqələr ən yüksək səviyyədə inkişaf edir: «Rəhbərlik etdiyim nazirliyin Azərbaycanla elm, texnologiya və sənaye sahələrində böyük əməkdaşlıq potensialı mövcuddur. Bu potensialı reallaşdırmaq üçün hər üç sahədə əməkdaşlıq imkanlarını daha da genişləndirəcəyik».

Azərbaycanın son illərdə çox böyük inkişaf yolu keçdiyini bildirən nazir, həmçinin qeyd edib ki, bu dövr ərzində Azərbaycan iqtisadi sahədə ciddi qərarlar qəbul edib: «Azərbaycan təkcə neft və qaza əsaslanan iqtisadiyyatla kifayətlənmir. Belə ki, sənaye, kənd təsərrüfatı, turizm, İKT kimi sahələrdə nailiyyətləri əldə rəhbər tutaraq, yeni proqramlar hazırlayır. Elm, texnologiya və sənaye sahələrində əməkdaşlığın gücləndirilməsi Bakıda keçiriləcək görüşlərimin əsas mövzusu olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR