Bank Of Baku

Azərbaycanda I rübdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib

Azərbaycanda I rübdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib
# 27 aprel 2012 08:57 (UTC +04:00)
Həmin hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Məhərrəm Məhərov bildirib.

Onun sözlərinə görə, ötən ilin I rübü ilə müqayisədə tikinti sektorunda baş verən bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 3 dəfə azalıb: «Bu ilin I rübündə tikinti sektorunda baş verən bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 3 nəfər olub. Keçən ilin müvafiq dövründə bu rəqəm 10 nəfər olub. Ümumiyyətlə, ötən ilin I rübündə istehsalat prosesində 24 bədbəxt hadisə qeydə alınıb».

M.Məhərov onu da bildirib ki, bu ilin I rübündə 1 412 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində 4 197 qanun pozuntusu aşkar edilib: «Nəticədə, 156 623 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 140 322 manat gecikdirilmiş əmək haqlarının işçilərə ödətdirilməsi, işdən qeyri-qanuni azad edilmiş 7 nəfərin əvvəlki işinə bərpası həyata keçirilib. O cümlədən, qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan 506 nəfərlə işəgötürən arasında əmək müqavilələrinin bağlanması təmin edilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR