Bank Of Baku

AZAL İstanbulun daha bir aeroportuna aviareyslər açır

AZAL İstanbulun daha bir aeroportuna aviareyslər açır
# 27 aprel 2012 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yoları» QSC (AZAL) İstanbulun sayca ikinci iri aeroportu olan Sabiha Gökçen hava limanına müntəzəm uçuşlara başlayır.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, mayın 10-dan etibarən başlayan uçuşlar həftənin hər günü həyata keçiriləcək: «Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına uçuşlar I, III və VI günləri saat 07:50-də, II, IV, V və VII günlər isə saat 17:50-də «Airbus» tipli təyyarə ilə yerinə yetiriləcək. Hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 245 manat təşkil edir».

AZAL-dan həmçinin bildirilib ki, sözügedən reyslərdə baqajın və əl yükünün daşınma qaydalarına əsasən, biznes sinif üçün qeydiyyatdan keçmiş baqaj 40 kq-dək pulsuzdur (bir baqaj yerinin çəkisi 32 kq-dan artıq olmamalıdır), əl yükü isə 2 yerdən və cəmi 10 kq-dan çox olmamalıdır: «Ekonom sinif sərnişinləri üçün qeydiyyatdan keçmiş baqaj 20 kq-dək pulsuzdur, əl yükü isə 1 yerdən və 5 kq-dan çox olmamalıdır. Normadan artıq baqajın daşınma dəyəri 1 kq üçün 3 avro təşkil edir. Reysdə tranzit sərnişinlər olduğu halda baqaj yalnız aralıq məntəqəyədək (Heydər Əliyev Beynəlxalq Aeroportu) rəsmiləşdirilir».

Qeyd edək ki, sözügedən aviareyslər AZAL-ın marketinq tərəfdaşı olan Türkiyənin «Pegasus» aviaşirkəti ilə birlikdə həyata keçiriləcək.

Xatırladaq ki, hazırda AZAL Bakıdan həmçinin İstanbulun Atatürk hava limanına da gündə 2 dəfə (saat 10:10-da və 20:30-da) uçuşlar həyata keçirir. Sözügedən aviareysə biletin minimal qiyməti 245 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR