Bank Of Baku

«İpək Yolu» dəhlizinin Azərbaycan ərazisi ilə yük və sərnişin daşımalarının həcmi artıb

«İpək Yolu» dəhlizinin Azərbaycan ərazisi ilə yük və sərnişin daşımalarının həcmi artıb
# 28 aprel 2012 09:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisində 9,3 mln. ton yük və 43,1 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında bu dəhliz vasitəsilə yükdaşımanın həcmi 2011-ci ilin eyni dövrü ilə müqayisədə 4,5%, sərnişindaşımanın həcmi isə 7,7% artıb.

«Yüklərin 44,5%-i avtomobil, 34,9%-i dəmir yolu, 20,6%-i dəniz nəqliyyatının payına düşüb və daşımaların həcmi dəmir yolu nəqliyyatında 2,4%, avtomobil nəqliyyatında 6,8%, dəniz nəqliyyatında isə 3,4% artımla qeydə alınıb», - deyə Komitədən bildirilib.

Yük daşımaları fəaliyyətindən 71,7 mln. manat, sərnişin daşınmasından isə 13,3 mln. manat gəlir əldə olunub ki, bu da ötən ilin yanvar-fevral aylarına nisbətən müvafiq olaraq 25,5% və 13,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR