Bank Of Baku

«AvtoVAZ» 94 min «Lada Kalina» və «Lada Granta» modellərini yenidən texniki baxışdan keçirəcək

«AvtoVAZ» 94 min «Lada Kalina» və «Lada Granta» modellərini yenidən texniki baxışdan keçirəcək
# 28 aprel 2012 10:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Rusiyanın aparıcı avtomobil istehsalçısı olan «AvtoVAZ» şirkəti 94 min ədəd «Lada Kalina» və «Lada Granta» modellərini geri çağırıb. «APA-Economics»in xəbərinə görə, bu barədə «AvtoVAZ»ın yaydığı rəsmi məlumatda deyilir.

Müəssisənin məlumatına əsasən, servis kampaniyası 70 min ədəd «Kalina» və 24 min ədəd «Granta» modelini əhatə edir ki, bu modellər 2011-ci ilin oktyabr ayından 2012-ci ilin mart ayınadək istehsal olunub. Belə ki, bu dövrə ərzində istehsal olunan «Kalina» və «Granta» modellərində 50 min km məsafə sürüldükdən sonra yanacaq borusunun sürtülməsi yarana bilər. Müştərilər tərəfindən analoji qüsurla şirkətə müraciət olmasa da, «AvtoVAZ» sözügedən modelləri hər ehtimala qarşı servisdən keçirmək niyyətindədir.

«AvtoVAZ», həmçinin bildirib ki, şirkətin servisinə gətirilən avtomobillərin yoxlanılması və lazım olduğu təqdirdə nöqsanın aradan qaldırması prosesi 2 saatdan çox çəkməyəcək. Bütün servis işləri şirkətin öz vəsaiti hesabına həyata keçiriləcək.
Rusiya avtomobil istehsalçısı «Lada»nın artıq bütün rəsmi dilerlərinə müvafiq müraciət edib.

Qeyd edək ki, Azərbaycanda «Lada» avtomobillərinin rəsmi təmsilçisi «Xəzər-Lada» şirkətidir.

Xatırladaq ki, hazırda Azərbaycanın avtomobil bazarında yalnız «Kalina» modelləri satılır. «Granta» modellərinin ölkəyə gətirilməsi isə cari ilin sentyabr ayında planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR