Bank Of Baku

Azərbaycanda «Xalq kompüteri» layihəsi çərçivəsində kompüter və noutbukların 84%-i bölgələrə satılıb

Azərbaycanda «Xalq kompüteri» layihəsi çərçivəsində kompüter və noutbukların 84%-i bölgələrə satılıb
# 30 aprel 2012 07:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Xalq kompüteri» layihəsi çərçivəsində ölkə vətəndaşlarına güzəştli şərtlərlə 18 min ədədə yaxın kompüter və noutbuk satılıb.

«APA-Economics»in məlumata görə, «Xalq kompüteri» layihəsinin icrasına 2009-cu ilin aprelin 10-da başlanılıb ki, indiyədək layihə çərçivəsində ölkə vətəndaşlarına güzəştli şərtlərlə 17 888 ədəd kompüter və noutbuk satılıb. Satılan kompüterlərin 2 842 ədədi paytaxtın, 15 046 ədədi isə regionların payına düşüb. Azərbaycan paytaxtından sonra ən çox kompüter Naxçıvan Muxtar Respublikasında (1 685 ədəd) və Gəncədə (795 ədəd) satılıb. Satılan kompüterlərin 80%-ni noutbuklar, 20%-ni isə fərdi kompüterlər təşkil edib.

Kompüter alıcılarının 70%-i qadınlar, 30%-i isə kişilərdən ibarət olub. Ötən ilin eyni dövrü ilə müqayisədə, layihə çərçivəsində satılan kompüterlərin həcmi 6 min ədəd və ya 33% artıb.

Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələri tərəfindən müasir kompüter və lisenziyalı proqram təminatlarının əldə olunması üçün şəraitin yaradılması, regionlarda «rəqəmsal bərabərsizliyin» azaldılması məqsədilə İKT tətbiqinin genişləndirilməsi və həmçinin, informasiya cəmiyyətinin və elektron hökumətinin inkişafına yönəlmiş Azərbaycan hökumətinin fəaliyyətinin dəstəklənməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR