Bank Of Baku

Azərbaycan BMT-nin “RİO+20” konfransında iştirak edəcək

Azərbaycan BMT-nin “RİO+20” konfransında iştirak edəcək
# 30 aprel 2012 09:45 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. İyunun 20-22-də Rio de Janeyro (Braziliya) şəhərində BMT-nin ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf mövzusunda beynəlxalq konfransı keçiriləcək.

APA-Economics”in konfransın saytına istinadən xəbərinə görə, “Yer sammiti” və ya “RİO+20” adlanan tədbirdə dünya liderləri bir araya gələcək.

Qeyd edək ki, “RİO+20” yüksək səviyyəli görüşü BMT Baş Assambleyasının 2009-cu ildə qəbul etdiyi qərar əsasında keçirilir. Görüş yoxsulluğun ləğvi və sabit inkişaf kontekstində “yaşıl iqtisadiyyat”, öhdəliklərin yerinə yetirilmə vəziyyəti və yeni problemlərin icmalına həsr olunub. Konfransda Azərbaycandan yüksək səviyyəli nümayəndə heyətinin iştirakı gözlənilir.

“Yer sammiti” hər 10 ildən bir keçirilir. İlk sammit 1992-ci ildə gerçəkləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR