Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı yük daşınması 7% artıb

Azərbaycanda avtomobil nəqliyyatı yük daşınması 7% artıb
# 30 aprel 2012 11:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 23,3 mln. ton yük və 312,9 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 7,4%, sərnişindaşımaların həcmi isə 9% artıb.

«Sərnişinlərin 96,3%-i avtobus, 3,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib», - deyə Komitədən bildirilib.

Eyni zamanda, yanvar-mart aylarında avtomobil nəqliyyatında yük dövriyyəsi 7,6%, sərnişin dövriyyəsi isə 10,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR