CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Belə ki, mart ayında mənzil tikintisinə yönəldilən investisiyalar aylıq müqayisədə 19,9% azalıb. Bundan bir ay əvvəl isə bu göstəricinin 13,5%-lik artımı baş verib:
Göründüyü kimi, dekabr ayında mənzil tikintisinə yönəldilən investisiyaların həcmində çox iri artım baş verib və nəticədə investisiyaların aylıq həcmi son illərdəki maksimuma çatıb. Dekabrdan sonra isə mənzil tikintisinə yönəldilən investisiyalar yenidən azalıb.