Bank Of Baku

Bakıda Azərbaycan və Koreyanın gömrük orqanlarının rəhbərləri arasında görüş keçirilib - FOTOSESSİYA - VİDEO

Bakıda Azərbaycan və Koreyanın gömrük orqanlarının rəhbərləri arasında görüş keçirilib - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 01 may 2012 12:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev və Koreya Gömrük Xidmətinin rəhbəri Younqsup Joo arasında görüş keçirilib.

APA-Economics”in xəbərinə görə, A.Əliyev görüşdə Koreya ilə Azərbaycan arasında gömrük sahəsində bir neçə məsələnin, o cümlədən idarəetmə modelinin, Riskləri İdarəetmə Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və digər xidmətlər barədə məsələnin müzakirə olunduğunu bildirib.

Onun sözlərinə görə, gələcəkdə iki ölkə arasında gömrük sahəsində qarşılıqlı yardım haqqında hökumətlər səviyyəsində əməkdaşlıq nəzərdə tutulur: “Biz bu tədbirdə Koreya nümayəndə heyətinə Riskləri İdarəetmə Mərkəzimizi təqdim edəcəyik. Təqdimatın nəticəsi olaraq mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Koreyanın təkliflərini dinləyəcəyik”.

Koreya Gömrük Xidmətinin rəhbəri Younqsup Joo da əməkdaşlığı daha da gücləndirmək, gömrük idarəetmə modeli sahəsində təcrübələrini Azərbaycanla bölüşmək istədiklərini bildirib.

Görüşdə Koreya Gömrük Xidmətinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı tərəfindən xidmətin gördüyü işlər, göstərdiyi xidmətlər, bu xidmətlər üzrə tətbiq edilən yeni texnoloji sistemlərdən danışıb. Hazırda Azərbaycan və Koreyanın gömrük orqanları arasında əməkdaşlıq planına dair müqavilə imzalanması üzrə məsləhətləşmələr aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR