Bank Of Baku

Bu il Bakının nəqliyyat sistemində vahid ödəmə kartı tətbiq olunacaq

Bu il Bakının nəqliyyat sistemində vahid ödəmə kartı tətbiq olunacaq
# 01 may 2012 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Bakıda nəqliyyat vasitələrindən istifadə üçün nəzərdə tutulan vahid ödəmə kartının tətbiq olunacağı gözlənilir.

«APA-Economics»in məlumatına görə, vahid ödəmə kartı vasitəsilə ictimai nəqliyyatdan, o cümlədən avtobus, metro və taksi xidmətlərindən istifadəyə görə ödəniş etmək mümkün olacaq. İlkin olaraq, vahid ödəmə kartının nə cür effekt verəcəyini öyrənilməsi üçün Bakının müxtəlif rayonlarında 10 avtobusda sözügedən kartlar tətbiq olunacaq. Vahid ödəmə kartına 200 manatadək vəsait yükləyib, daha sonra isə nəqliyyatdan istifadə etmək mümkün olacaq. Hazırda kartın tətbiqi istiqamətində yerli prosessinq mərkəzləri ilə danışıqlar aparılır.

Qeyd edək ki, hazırda Azərbaycan sözügedən kartların tətbiqi ilə bağlı xarici təcrübəni öyrənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR