Bank Of Baku

Bu gündən Gəncə-İstanbul aviareysi açılır

Bu gündən Gəncə-İstanbul aviareysi açılır
# 02 may 2012 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Türkiyənin «Onur Air» aviaşirkəti İstanbul-Gəncə-İstanbul marşrutu üzrə birbaşa uçuşlara başlayıb.

«APA-Economics»in məlumatına görə, Gəncədən İstanbula uçuşlar hər həftənin I, II, III, IV və V günləri saat 08:25-də yerinə yetirilir. Gəncə-İstanbul aviareysi üzrə uçuş vaxtı 2,5 saat təşkil edir. Sözügedən aviareysə aviabiletin minimal qiyməti (bir istiqamətdə) 79 avro təşkil edir.

Qeyd edək ki, hazırda Gəncədən Moskva, Sankt-Peterburq, Tümen və Naxçıvana uçuşlar yerinə yetirilir. «Onur Air» şirkəti həmçinin İstanbul-Bakı-İstanbul aviareysi üzrə də uçuşlar həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR