Bank Of Baku

Bu gün paytaxtın Nəsimi və Nərimanov rayonlarının içməli su təchizatında fasilələr olacaq

Bu gün paytaxtın Nəsimi və Nərimanov rayonlarının içməli su təchizatında fasilələr olacaq
# 02 may 2012 08:09 (UTC +04:00)
Bakı – APA-Economics. «Azərsu» ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir.

«Azərsu»dan «APA-Economics»ə verilən məlumata görə, abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu Vaqif prospektində yeni çəkilmiş magistral su xəttinin (diametri 500 mm) şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar mayın 2-də gün ərzində Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (S.Vurğun, S.Rüstəm, M.Qaşqay, C.Hacıbəyli, X.Şuşinski, Ə.Qasımzadə küçələrinə, Vaqif və Azadlıq prospektlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR