Bank Of Baku

“Nar Mobile” yaxın vaxtlarda 4G xidmətlərini göstərə bilər - YENİLƏNİB

“Nar Mobile” yaxın vaxtlarda 4G xidmətlərini göstərə bilər - <font color=red>YENİLƏNİB</font>
# 02 may 2012 09:43 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın innovativ mobil operatoru “Nar Mobile” şirkəti yeni texnologiyanın tətbiqinə hazırlaşır.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bir müddət öncə tam olaraq öz şəbəkəsini modernizə etdikdən sonra dördüncü nəsil rabitəsiz mobil 4G LTE xidmətlərini göstərməyə hazır olacağını elan edib.
Artıq bu gün şirkət 4G xidmətlərini göstərməyə hazırdır. Yeni xidmət istifadəçilərə ən son mobil rabitə texnologiyalarından istifadə etməyə imkan verəcək. Hazırda xidmətin işə salınması yöndə Rabitə İnformasiya və Texnologiyalar Nazirliyi ilə danışıqlar gedir.
“Nar Mobile” öz 3G şəbəkəsini təkmilləşdirməklə bir daha sübut etdi ki, informasiya məlumatlarının ötürülməsinin keyfiyyətində böyük təcrübəsi vardır. LTE texnologiyası tətbiqi kommersiya baxımından çox böyük investisiyalar tələb edir. Bundan başqa, ölkəmizdə uğurlu LTE texnologiyasına əsaslanan mobil rabitə xidmətini göstərmək üçün hər üç mobil operatorların yanaşması lazımdır. Həmçinin yüksək keyfiyyətə zəmanət vermək üçün ən azın bir mobil operatorda bu texnologiyaya investisiya yatırılması lazımdır. Bu cür yanaşma LTE xidmətlərinə ehtiyacı olan hər kəs üçün bu cür effektiv internetdən istifadəsini mümkün edəcək. “Nar Mobile” hər zaman innovativ yeniliklər axtaran və sizlər üçün mükəmməl xidmət göstərməyə çalışan şirkətdir” - deyə şirkətin baş direktoru Yurgen Pitz bildirib.
Qeyd edək ki, LTE dördüncü nəsil rabitəsiz mobil xidmətinə aiddir. Məlumatın ötürülməsi təxminən 326,4 mb/s təşkil edir.
“Nar Mobile” brendi ilə tanınan “Azerfon” telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkədə 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR