Bank Of Baku

«Akkord» Frankfurtda «Avropa Keyfiyyəti-2012» Beynəlxalq Nominasiyası üzrə Qızıl Mükafata layiq görülüb - FOTO

«Akkord» Frankfurtda «Avropa Keyfiyyəti-2012» Beynəlxalq Nominasiyası üzrə Qızıl Mükafata layiq görülüb - <font color=red>FOTO</font>
# 02 may 2012 10:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC Frankfurtda (Almaniya) keçirilən 38-ci «International Arch of Europe» Beynəlxalq Konvensiyada BID Beynəlxalq Biznes Assosiasiyası tərəfindən 2011-ci ilin yekunlarına görə İdarəetmə, Keyfiyyət, Texnologiya və İnnovasiya sahəsində «Avropa Keyfiyyəti-2012» beynəlxalq nominasiyası üzrə Qızıl Mükafata layiq görülüb.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, mükafat BID Beynəlxalq Biznes Assosiasiyasının prezidenti tərəfindən təntənəli surətdə «Akkord» Korporasiyası Direktorlar Şurasının sədri, baş direktor Xaqani Quluzadəyə təqdim edilib.

Eyni zamanda, «Akkord» Korporasiyası BID tərəfindən QC 100 Total Quality Management keyfiyyət modeli texnologiyasının tətbiqi üzrə sertifikata layiq görülüb.

Tədbirdə ABŞ, Almaniya, İngiltərə, Fransa, İsveçrə, İspaniya, Rusiya, Türkiyə, Braziliya, Yeni Zelandiya, Meksika, Avstraliya və digər ölkələrdən 100-dək aparıcı iri sənaye, tikinti, texnologiyalar, istehsal, xidmət və maliyyə sahələrində fəaliyyət göstərən şirkətlər təmsil olunub. «Akkord» Korporasiyasının rəsmi təqdimatı iştirakçılar arasında böyük marağa səbəb olub və danışıqlar zamanı «Akkord» Korporasiyası ilə əməkdaşlıq təklifləri səsləndirilib.

«Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC beynəlxalq layihələrdə iştirakını və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığını genişləndirməkdə davam edir. Hazırda Korporasiya Azərbaycandan başqa Gürcüstan, Qazaxıstan, Əfqanıstan, Türkiyə, Ukrayna və Özbəkistanda infrastruktur və biznes layihələri həyata keçirir.

Xatırladaq ki, Avropanın işgüzar qurumları və şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə 2012-ci ilin fevral ayından «Akkord» Korporasiyasının Frankfurtda nümayəndəliyi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR