Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 50% artıb

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 50% artıb
# 03 may 2012 09:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda daşınmaz əmlakın elektron qeydiyyatı üçün qeydiyyat məlumatlarının elektron arxivi və məlumat bazasının yaradılması istiqamətində işləri davam etdirir. “APA-Economics”in məlumatına görə, bunu komitə sədri Kərəm Həsənov bildirib.

Onun sözlərinə görə, səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları hazırda elektron bazaya köçürülüb. “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində 700 mindən çox əmlaka dair kağız daşıyıcısında olan qeydiyyat məlumatlarının elektron bazaya köçürülməsi təmin edilir.

“Elektron arxivlərin yaradılması və qeydiyyat sənədlərinin elektron formata köçürülməsi nəticəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin göstərilməsində vaxt itkisinin aradan qaldırılmasına, operativliyin dəfələrlə artırılmasına imkanlar yaranır. Ardıcıl görülmüş tədbirlər nəticəsində daşınmaz əmlakın qeydiyyatı əvvəlki illərlə müqayisədə 1,5 dəfə artıb. Belə ki, ötən il ölkədə 147 mindən artıq əmlak qeydiyyata alınıb. Qeydiyyata sərf olunan vaxt azalıb, dövlət reyestrindən məlumatların əldə edilməsi və etibarlılığı əsaslı şəkildə inkişaf edib” - deyə K.Həsənov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR