Bank Of Baku

MDB məkanında ilk dəfə olaraq Azərbaycanda ünvanlar internet vasitəsilə veriləcək

MDB məkanında ilk dəfə olaraq Azərbaycanda ünvanlar internet vasitəsilə veriləcək
# 03 may 2012 09:43 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə Ünvan Reyestrinin aparılması qaydaları müəyyənləşib, bu istiqamətdə Koreya şirkəti ilə danışıqlar aparılıb: “Gələcəkdə Azərbaycanda insanlar internet vasitəsilə ünvanları ala biləcək ki, bu da MDB məkanında indiyədək rast gəlinməyən bir hadisədir”.

K.Həsənov qeyd edib ki, bu ilin sonunadək Ünvan Reyestrinin informasiya bazasının qurulması işi başa çatdırılacaq: “Biz bu işi Bakı şəhərində başlamışıq və artıq 8 rayon üzrə işlər yekunlaşıb. İlin sonunadək Bakının digər rayonlarında da işlər yekunlaşacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR